Əhaliyə şad xəbər: Çörək ucuzlaşacaq
Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.
Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?
İqtisadçı ekspert Fuad İbrahimov Bizim.media-ya açıqlamasında bildirib ki, unun ucuzlaşmasının çörəyinin qiymətinin azalmasına birbaşa təsiri ola bilər:
“Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xammalı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyəri nə qədər azalsa da, hazır məhsul baha olaraq qalır.