• 20 Sentyabr 2024 15:27

Ukraynanın hücumu: Putinin cavabı nə olacaq? – ABŞ

 

Vaşinqton Moskvanın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumuna necə cavab verəcəyini bilmir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

“Bunu demək çətindir. Putinin nə edəcəyini dəqiq deyə bilmərik”, – o, jurnalistlərin sualına cavab olaraq bildirib.

 

Kirbi həmçinin qeyd edib ki, ABŞ Rusiya qoşunlarının hərəkətini yaxından izləyir. Buna baxmayaraq, o, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində işğal olunmuş ərazilərə nəzarəti saxlaya bilib-bilməyəcəkləri sualına da cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər