“Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi.
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.