Ukraynanın ələ keçirdiyi bu şəhərdə rus qadınlar dükan və aptekləri qarət edir…-VİDEO
Ukrayna hərbçiləri prosesə qarışmır və qeyd edir ki, bu, rusların özlərinin işidir…
Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin Sudja şəhərində yerli sakinlər nəzarətsiz mağaza və aptekləri aktiv şəkildə qarət edirlər.
Tacxeber.com “UNİAN”-a istinadla xəbər verir ki, müvafiq kadrlar telegram-kanallarında yayımlanır.
Videodan göründüyü kimi, talanları Rusiya hakimiyyətinin taleyin ümidinə buraxdığı yaşlı qadınlar həyata keçirir. Özlərinə qidalanmaq üçün mağazalardan yemək götürür və birbaşa alış-veriş arabalarında evlərinə aparırlar.
“Yemək və içmək üçün mağazaları qarət etdik. Bəs nə edək? Bir az içməli su və konserv götürdük”, – deyə bir Ukrayna əsgərinin şəhərin ortasında saxladığı əlində çantalar olan qadın bildirir.
Ukrayna hərbçilərinin bu prosesə müdaxilə etmədiyi də aydın görünür.
“Yaxşı, bunların hamısı sizinkidir. Bunlar ki, bizim deyil”, – deyə hərbçi talançılığını etiraf edən qadına deyir.
Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdəki vəziyyət
“UNİAN”-ın yazdığı kimi, Ukrayna Sudja və Kursk vilayətinin hazırda Ukrayna ordusunun nəzarətində olan digər yaşayış məntəqələrinə humanitar yardım çatdırmağa başlayıb. Bu fakta Sudjaya səfər edən “1+1” kanalının çəkiliş qrupu da şahid olub.