Dünyaya yayılan meymunçiçəyi virusu – Müalicəsi varmı?
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun yayılmasını “fövqəladə hal” elan etdikdən sonra bu xəstəlik maraq doğurub.
Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, Mpox virusu (Monkeypox) ortopoxvirus ailəsindən olan virusun yaratdığı nadir xəstəlikdir. İlk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda aşkar edilib. Bu xəstəliyin çiçək xəstəliyinə bənzər simptomları var, adətən daha yüngül olur.
ƏLAMƏTLƏR
Meymunçiçəyi virusunun simptomları adətən infeksiyadan 5-21 gün sonra görünür.