“Meymunçiçəyi dünya üçün kritik sınaq olacaq”
Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır.
Tacxeber.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge deyib.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələr COVID-19-un yayılmasını nəzarətdə saxlamağı bacarır. H. Klüge onu da əlavə edib ki, hazırda təmsil etdiyi qurumda meymunçiçəyinə qarşı mübarizə tədbirləri nəzərdən keçirilir:
“Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq”.