Özünü firon etdi, işçilərini isə qul – Elman Əzizovun əndrəbadi ad günü – FOTOLAR
Rusiyanın Yaroslavl vilayətində iş adamı Eman Əzizov özünə qeyri-adi ad günü keçirib. O, doğum günü törənində özü qədim Misir Fironu, tabeliyində çalışan işçilərini isə qul kimi geyindirib.
Bu haqda sosial şəbəkədə fotolar paylaşılıb.
Paylaşımda bildirilib ki, işçilər müəssisə rəhbərlərini gəzdirmək üçün qul obrazına giriblər.
Şənlikdən olan fotoşəkillərdən göründüyü kimi, qədim Misir qullarını təsvir edən dörd kişi firon paltarı geyinmiş müdirlərini arabada aparırlar.