• 23 Noyabr 2024 05:29

Çəhrayı sevdalısı qadın: Əlacım olsa, oğlumla qızımı da bu rəngə boyayaram – FOTO

Türkiyədə İsparta şəhərinin Sav qəsəbəsində yaşayan 75 yaşlı Sakine Akkul çəhrayı rəngə olan sevgisi ilə diqqət çəkib.

 

Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, o fərdi evinin hər detalını çəhrayı rəngə boyayıb.

 

“4-5 yaşım olanda anamdan çəhrayı bez parçaları istəyirdim, onları tikirdim. Başqa rəng olsaydı, qəbul etmirdim. Çəhrayıya olan sevgim o vaxtdan mövcuddur. Atam bayramlarda bizə bayram paltarı alanda ondan xahiş edərdim ki, mənə çəhrayı sviter alsın. Boyamaq ürəyimdən gəlir. Evimi də özüm rəngləmişəm. Əlimə nə keçsə çəhrayı rəngə boyamaq istəyirəm. Boya işi görməyənə yata bilmirəm. Çəhrayı rəng alanda ürəyim sakitləşir”.

 

Yaşlı qadın Ankaradan, Antalyadan hər yerdən evini görməyə gələnlər olduğunu bildirib:

 

“9 il əvvəl evimdə çəhrayı rəng var idi, amma bu qədər deyildi. Ərim rəhmətə gedəndən sonra çəhrayıya aşiq oldum. Evimi çəhrayıya boyayaraq özümü təsəlli etməyə başladım. Beləcə başımı qatdım. Bacarsam qəsəbəmizi da çəhrayıya boyaram, amma indi əvvəlki qədər boya ala bilmirəm. Əlacım olsa, oğlumu və qızımı da boyayardım. Çünki onları çox sevirəm”.

 

S.Akkul məzar daşının da çəhrayı olmasını vəsiyyət edib:

 

“Övladlarıma deyirəm ki, ölsəm, bu bəzəklər belə qalsın, iki-üçünü qəbrimdən asım. İstəyirəm ki, heç kim ona toxunmasın və evə gəlib-gedən hər kəs məni xatırlasın, “bunları bu qadın edib” desinlər. Qəbir daşım çəhrayı olsun, evimin girişi kimi. Hamı mənim qəbrimə baxsın. Mənim üçün ən dəyərli şey çəhrayıdır”,- deyə yaşlı qadın söyləyib.

 

 

Oxşar xəbərlər