• 23 Noyabr 2024 05:20

Eyfel qülləsi, Berlin divarı, yastıq… – İnsanların evləndiyi qəribə obyektlər

 

“Obyekt seksuallığı” haqqında yəqin ki, çoxunuz eşitməmisiniz.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, normal insanlar hər nə qədər qarşı cinsdən olan insanlarla evlənsələr də, təbitədə fərqli canlılar və əşyalarla evlənən insanlar da var.
Əvvələ onu qeyd edək ki, obyekt seksuallığı insanların obyektlərə aşiq olmasına və onları cins kimi tanımasına bu əşyalarla sevgi münasibəti bəsləməsinə səbəb olan sindromdur.

 

Odur ki, obyektlərlə evlənən insanların siyahısı təqdim edirik:

 

Smartfon
Los Anceles sakini Aron Çervenak 2016-cı ildə telefonu ilə evlənib. O, bu evliliyin səbəbini belə izah edirdi:
“Özümüzə qarşı dürüst olmaq istəyiriksə, telefonlarımızla bir çox emosional səviyyədə əlaqə saxlayırıq. Biz ondan təsəlli axtarırıq, o bizi sakitləşdirir, yuxu gətirir, zehnimizi rahatlaşdırır. Müəyyən mənada mənim ən uzun münasibətim smartfonumla olub”.

Berlin divarı

Soyadı almanca “Berlin divarı” mənasını verən 54 yaşlı Eija-Riitta Berliner-Mauerə də 1979-cu ildə “obyekt seksuallığı” diaqnozu qoyulub. O, Berlin divarına 7 yaşında olarkən aşiq olduğunu bildirib. Qadın divarı o qədər çox sevib ki, divarın şəkillərini toplamağa başlayıb, hətta divarı görmək üçün qənaət xərclərinə qənaət edib.
1979-cu ildə bir neçə nəfərin iştirakıilə baş tutan “toy mərasimi”ndə qadın Berlin divarı ilə sevgi dolu münasibətləri olduğunu deyib. O bildirib ki, üfüqi xətləri olan uzun, incə əşyaları çox seksual hesab edir.
“Böyük Çin səddi cəlbedicidir, lakin o, çox qalındır – ərim daha seksualdır” – Berliner-Mauer söyləyib.
1989-cu ildə Berlin divarı söküləndə dəhşətə gələn qadının onun “əri”ni şikəst etdiklərini deyib.

Video oyunundakı obraz

2009-cu ildə yapon kişi məşhur video oyunundakı personajla evlənərək onu və əlindəki oyun konsolunu xaricdə bal ayına çıxarıb.
SAL9000 onlayn ləqəbindən istifadə etməyə üstünlük verən kişi “Love Plus” tanışlıq simulyasiya oyunu oynayarkən Nene Aneqasaki personajı ilə tanış olub. Hətta “toy” yutubda canlı yayımlanıb. “Sevgisi”nə sadiq olduğunu deyən şəxs oyunun yeni versiyası çıxsa belə başqa oyun oynamayacağını, həyat yoldaşı personaja xəyanət etməyəcəyini bildirib.

Qaya

2016-cı ildə Honq-Konqda keçirilən sərgisində britaniyalı rəssam Treysi Emin qaya ilə evləndiyini açıqlayıb.
“Daşla bağlı hər şey ondan ibarətdir ki, bu, böyük bir daşdır, düzdür. O, mənim bağımdadır, çox gözəl və təsiredicidir və mən onu çox bəyənirəm. Daşla bağlı başqa bir cəhət odur ki, o, olduqca dəhşətli və qorxulu ola bilər. Mən onu qoruyucu şey kimi gördüm Amma ola bilsin ki, bu, mənim üçün bir lövbərdir, özümü müəyyən edə biləcəyim bir şeydir. Həyatım nə qədər qarışıqlıq olsa da o daş sabitlik və rahatlıqdır” – o söyləyib.

Attraksion

Pensilvanyadan olan Emi Volf Veber 2009-cu ildə lunapark qatarı ilə evlənib. 35 yaşlı qadın atraksindan 13 yaşından bəri xoşu gəldiyini deyib. O bildirib ki, zehni və cinsi olaraq attraksion ona təsir edib. Emi evlənməzdən əvvəl qatara 3000 dəfə mindiyini deyir. O hətta qatara o qədər çox aşiq olub ki, cibində bolt və qayka gəzdirir, yataq otağında attraksionun şəkli ilə yatırdı.

Eyfel qülləsi 

2007-ci ilə 36 yaşlı peşəkar oxatan Erika Labrie də digərləri kimi obyektə aşiq olub. Eyfel qülləsini  çox cəzbedici olduğunu düşünən qadın onunla evlənməyə qərar verib.
Məlum olub ki, sözügedən qadın əvvəllər ABŞ Hərbi hava Qüvvələrinin Akademiyasında təhsil almaq üçün 250 min dollar məbləğində təqüd qazanıb. O, təhsil aldığı zaman F15 qırıcısına vurulub. Onun bu davranışı sonda akademiyadan qovulmasına, dostları və ailəsi tərəfindən lağ obyektinə çevrilməsinə səbəb olub. Soyadını “Eyfel” olaraq dəyişdirən qadın hesab edir ki, sonda həqiqi eşqi tapa bilib.

Bundan əlavə, 2013-cü ildə Perulu Riçard Torres ağacla, 46 yaşlı Tayvanlı Çanq Hsi-hsum barbi kuklası ilə, 39 yaşlı çinli Liu Ye özünün gəlinlikdə olan fotosu ilə, koreyalı Lee Jin-gyu yaponiya istehsalı yastıqla, Hindistanlı 30 yaşlı qadın Bimbala Das ilanla, Beybilonia Aivaz 50 nəfərin iştirak etdiyi mərasimdə Sietlda bir anbarla evlənib.

Tacxeber.com

Oxşar xəbərlər