Hava Limanında VIP sərnişinlərə xidmət sahəsinə işçi tələb olunur

Hava Limanında VIP sərnişinlərə xidmətin təşkili üzrə Portye
“VİP Xidmətlər Qrupu” MMC
Tam ştat
Təsvir
Hava Limanında VIP sərnişinlərə xidmətin təşkili üzrə Portye
Vəzifə öhdəlikləri:
Avtonəqliyyat vasitəsi ilə gələn sərnişinləri qısamüddətli keçiddə qarşılamaq, baqajları X-Ray qurğusundan keçirdərək zala gətirmək;
Baqajların çəkilərini tərəzidə ölçmək, baqajların üzərinə baqaj birkalarının bərkidilməsini həyata keçirmək;
Uçub getmə zamanı “Fərdi portye xidməti” göstərərkən sərnişinin baqajının 1 va ya 2 saylı Terminalın avtomobil dayancağından qeydiyyat duracaqlarına qədər daşımaq;
Uçub gəlmə zamanı “Fərdi portye xidməti” göstərərkən sərnişinin baqajını uçub gəlmə zalının baqaj paylanma məntəqəsindən Terminalın qarşısındakı avtomobil dayanacağına qədər daşımaq.
Əmək şəraiti:
Əmək haqqı: 750-800 AZN (net);
İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00);
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
Nəqliyyat ilə təmin etmə.
Tələblər
Cins: Kişi;
Yaş: 20-35;
Təhsil: Orta təhsil;
Dil bilikləri: Azərbaycan dili-səlis, rus və ingilis dili başlanğıc (A1-A2);
Müştərilərlə ünsiyyətdə gülərüz və rahat;
Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;
Gecə növbəsində işləyə bilmə.