Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?
“Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir”.
Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib:
“Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur.
Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar.
Normalda isə, modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır .