Baydendən Zelenskiyə zəng: Bu silahlar da veriləcək
Ukraynanın Müstəqillik Günü ərəfəsində ABŞ prezidenti Co Bayden prezident Volodimir Zelenskiyə zəng edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda deyilir ki, telefon danışığı zamanı o, Ukraynaya yeni yardım paketinin ayrıldığını elan edib.
Bayden deyib ki, yeni paketə bunlar daxildir:
– Ukraynanın kritik infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə raketləri;
– PUA-larla mübarizə üçün avadanlıq;
– döyüş meydanında dəyişən Rusiya taktikalarından qorunmaq üçün tank əleyhinə raketlər;
– cəbhə xəttindəki əsgərlər üçün döyüş sursatı və onları qoruyan mobil raket sistemləri.