Baza 5 gündür yanır, həbsxanada qiyam… – Nə baş verir?
Rusiyanın Volqoqrad vilayətində məhbus olan İŞİD üzvlərinin həbsxana işçilərinin bir qismini öldürməsi, digərlərini girov götürməsi qonşu ölkədə hökm sürən ağır vəziyyətə işarədir. Həmin Volqoqrad səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatları hökmranlıq edir, hərbi hava limanına zərbələr endirib, Rostovda yanacaq anbarındakı alovu günlərdir söndürə bilmirlər.
Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kursk ətrafındakı vəziyyətlə bağlı son onlayn iclasda nə qədər sakit görünməyə çalışsa da, ölkənin xaosa doğru sürükləndiyini gizlətmək getdikcə çətinləşir: