• 23 Noyabr 2024 20:54

Neftçalalılar Tənzilə Rüstəmxanlını istəmir – Şəhid analarını öz murdar oyunlarınıza alət etməyin!

Son günlər 70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanır. Belə ki, seçkidən, təbliğat-təşviqatdan anlayışı olmayan şəxslər Tənzilə Rüstəmxanlının posterlərini dövlət qurumlarına asaraq seçki qanunlarını tapdaq altına alaraq, prosesi ciddi şəkildə pozublar.

 

“Azərbaycan Reallığı” xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterləri Neftçala rayonunun Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökülüb.

 

“Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsi Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını görən seçici bununla bağlı adiyyəti qurumlara şikayət edib. Daha sonra Rüstəmxanlının posterlərini oradan çıxarıblar. Posterləri yapışdırıb daha sonra sökən isə özünü həm jurnalist, həm də diaspora təşkilatının rəhbəri kimi təqdim edən Toğrul Allahverdili adlı şəxs olub.

 

Görəsən özünü jurnalist kimi təqdim edən şəxsin millət vəkilinin posterlərinin asılmasında nə marağı olub? Sakinlər 70 saylı Neftçala seçki dairəsindən olan Tənzilə Rüstəmxanlıya yox deyir.

 

Sosial şəbəkələrdə yazılanlardan, vətəndaşların rəylərindən belə qənaətə gəlmək olur ki, Neftçala sakinləri Tənzilə Rüstəmxanlının millət vəkili olmasını istəmir və ciddi şəkildə buna qarşıdırlar. Sosial platforma istifadəçisi, Neftçala sakini olduğunu düşündüyümüz “Əli” adında istifadəçi yazır ki, Sən Allah Sabir bəy, Tənzilə xanımı da götür çıx rayonumuzdan…

 

Tənzilə Rüstəmxanlının seçki təbliğatında 2 nəfər şəhid anasından istifadə edilib. Tənzilə Rüstəmxanlı 2 şəhid anası ilə birgə şəhidlər xiyabanına gedib. Deputatlığa namizədin bu hərəkətindən qəzəblənən Həsənov Elşad adlı sosial şəbəkə istifadəçisi qeyd edib ki, kreslo xatirinə camaatın gözünə şəhid analarının yanında imişsiniz kimi soxmayın.

 

Daha sonra “Orkhan” adlı istifadəçi: Ay Tənzilə, Şəhidlər indi yadına düşdü? Bir şəhid ailəsi olaraq, səni heç bir şəhidin qapısında görmədik sözlərini qeyd edib.

İndi deputat olmaq üçün, əlində 3 dənə güllə üz tutdun şəhidlərin məzarına, vallah ayıb olsun deyə öz fikrini bildirib. “Orkhan” adlı istifadəçinin fikrinə cavab olaraq, Neftçala sakini olduğunu düşündüyümüz “Farxad085” adlı istifadəçi belə yazıb: Qardaş bunun əri bizim rayon üçün nə etdi ki, bu da gəlib nəsə etsin…

 

Yalnız pafoslu çıxışlar və yalan vədlər… Deyirəm nə yaxşı ki, bu seçkilər var. Axır ki, bunun da yadına düşdü ŞƏHİDLƏRİMİZ…. deyə öz fikrini bildirib. “Paradise” adlı istifadəçi yazır ki, şəhidlərin dəfnində hardaydılar, indi seçkilərdi deyə əl-ayağa düşüblər, biz Neftçala sakini olaraq, bir dəfədə olsun millət vəkili görmədik bu rayonda deyə öz fikrini bildirib.

 

Solmaz Abışova adlı istifadəçi Tənzilə Rüstəmxanlının paylaşdığı videoya şərh yazıb ki, bu xanım indiyənə kimi harada idi deyə öz fikrini bildirib. Sevinc Hacıyeva adlı istifadəçi Elin gözü daş tərəzidi. Yaxşı ki, seçkilər keçirilir, çoxu huri-mələk olacaq. Hamı görür kim-kimdir, artistlik eləmək lazım deyil. Vicdanı olmayana nə desən faydası olmaz onsuz, ürəyimizdən keçənləri deyək sözlərini yazıb.

 

Neftçala sakinləri olduğunu düşündüyümüz istifaçilərin etirazlarını yazmaqla bitirmərik. Bunu görən namizəd Tənzilə Rüstəmxanlı ayıq tərpənərək, çarəni videoları gələn şərhləri bağlamaqda görüb.

 

Amma Tənzilə Rüstəmxanlı bilməlidir ki, elin gözü tərəzidir. Saxtakarlıq etməklə, şərhləri bağlamaqla nəticə əldə etmək olmaz. 2-3 şəhid anasını yanına salıb, öz murdar oyunlarınıza alət etməyin. Deputat mandatı almaq üçün şəhid analarının adından istifadə etməyin.

Tacxeber.com

Oxşar xəbərlər