• 20 Sentyabr 2024 08:39

Onlar tələbə adı qazandılar – Bir FOTOnun maraqlı tarixçəsi

İllər öncə ucraq dağ rayonu Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhhərmovun qarlı-şaxtalı havada aşağı sinif şagirdlərinin əlindən tutaraq məktəbə apardığını əks etdirən fotosu Azərbaycan cəmiyyətində viral olmuşdu.

 

Tacxeber.com xəbər verir ki, Azərbaycan cəmiyyətində hamı Nəcəf müəllimin o qayğıkeş hərəkətindən və fədakarlğından söz açırdı.

 

İllər ötdü. Həmin o uşaqlar orta məktəbi başa vurub məzun oldular və onlar müstəqil həyata uğurları ilə qədəm qoydular. Belə ki, həmin fotoda 8 şagirddən 5-i bu ilə orta məktəbi bitirərək müxtəlif ali məktəb və kolleclərə qəbul olunublar.

 

İndi onları oxuculara təqdim edirik:
1. Ziyadlı Sevinc İlkin qızı – Xəzər Universiteti, Tarix müəllimliyi
2. Cəlilzadə Nuranə Sahib qızı – Tibb Kolleci
3. Əhmədli Hidayət Sücayət oğlu – Sumqayıt dövlət Universiteti, Tarix fakültəsi
4. İmanlı Əli Maqsud oğlu – Rabitə Nəqliyyat Kolleci, Logistika fakültəsi
5. Əhmdəli Murad Aqil oğlu – H.Əliyev adına Hərbi İnstitut

Tacxeber.com

Oxşar xəbərlər