• 24 Noyabr 2024 10:58

“TikTok”u olmayan qızla evlənəcəyini deyən Vüqar: “Eləsindən nə qadın, nə də ana olar”

Müğənni Vüqar Muradovun son açıqlaması müzakirələrə səbəb olub.

 

Tacxeber.com bildirir ki, o, “TikTok”u olmayan xanımla evlənəcəyini bildirib. “Tapsam ürəkdən sevəcəyəm… “TikTok” hesabı olmayan qız axtarıram” , –  ifaçı qeyd edib. Bu fikir isə bir çoxlarının diqqətini çəkib.

 

Ardınca V.Muradov bununla bağlı detallı açıqlama verməli olub. O, fikirlərini düzgün izah edə bilmədiyini vurğulayıb:

 

““TikTok” normal, “İnstagram” və “Facebook” kimi sosial platformadır, burada qəbahətli bir şey yoxdur. Söhbət “TikTok”da hədiyyə, “tıklanma” üçün yalvaran və dilənən xanımlardan gedir. Gecə-gündüz kamera qarşısında boş-boş danışan, qalmaqal edən, hədiyyə gələndə “can, qurban olaram, çox sağol” deyib kimlərinsə ehtiras mənbəyinə çevrilən xanımlardan gedir. Elə birindən nə qadın, nə də normal uşaq böyüdəcək ana ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər