Balqabağın bilinməyən faydaları açıqlandı
“Balqabaq, ilk növbədə zəngin antioksidant, vitamin və mineral tərkibinə görə beyin sağlamlığına güclü təsir göstərən qida maddələrinin unikal birləşməsidir”.
Tacxeber.com mk.ru-ya istinadən xəbər verir ki, bunu amerikalı nevroloq və qidalanma mütəxəssisi Timoti Fri bildirib.
Onun sözlərinə görə, balqabağın tərkibində olan A və C vitaminləri kimi antioksidantlar hüceyrələrimizi zədələrdən qoruya bilər.
Dietoloq Culia Zumpano qeyd edib ki, balqabaq qanda şəkəri tənzimləməyə kömək edən, toxluq yaradan, bağırsaq sağlamlığını təmin edən və həzmi təşviq edən liflə zəngindir.
“Balqabaq, həmçinin pis xolesterolu azaltmağa kömək edə bilər və çox aşağı kalorilidir. Tərkibində A vitamininə çevrilən beta-karotin var ki, bu da orqanizm tərəfindən dəri və immunitet sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Biz, həmçinin bilirik ki, kalium qan təzyiqini aşağı salmağa yardımçı olur”, – deyə o vurğulayıb.