• 24 Noyabr 2024 14:35

Azərbaycanda təhlükəli və dəhşətli dələduzluq növü yayılıb… – XƏBƏRDARLIQ

 

“Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb, yenidir – diqqətli olun. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb”. 

 

Tacxeber.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas paylaşıb. O, bildirib ki, fırıldaq qurbanları aşağıdakı kimi tələyə salınır:

 

“Valideyninizə zəng gəlir. Dəstəyin o tərəfində olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.

 

Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

 

Növbəti mərhələdə oğul, valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır.

 

Mənim ilkin araşdırmalarıma görə binanın önünə gələn şəxs belə başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi ssenari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksimum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.

Tacxeber.com

Oxşar xəbərlər