XƏBƏRDARLIQ: Bu virus bank kartlarınızdakı pulları oğurlayır
NGate adlı yeni virus Android smartfon sahiblərinə təhlükə yaradır. Yeni virus cihaza qoşulmuş bank kartlarından pul oğurlamağa qadirdir.
Bu barədə “Bleeping Computer” yaydığı xəbərdarlıq mürciətində deyilir.
NGate məlumatı kibercinayətkarların cihazlarına ötürmək üçün NFC çipindən istifadə edir. Bu, hakerlərə qurbanların kartlarını təqlid etməyə və kartlara fiziki giriş olmadan icazəsiz ödənişlər etməyə imkan verir. Həmçinin bu texnologiyadan istifadə edərək kibercinayətkarlar kontaktsız ödənişləri dəstəkləyən bankomatlardan pul çıxara bilərlər.
ESET mütəxəssislərinin fikrincə, NGate-dən istifadə etməklə hücumlara 2023-cü ilin noyabrında başlanılıb. Zərərli proqram PWA (Progressive Web Apps) və WebAPK vasitəsilə iOS və Android təhlükəsizliyini yan keçmək üçün üsullardan istifadə edir. Hücumlar adətən mətn mesajları, səsli zənglər və ya zərərli reklamla başlayır, bundan sonra qurbanın cihazına PWA və ya WebAPK quraşdırılır.