• 23 Noyabr 2024 21:49

“Tiktok” hamını belə ifşa etdi – QALMAQAL

 

Müğənni Vüqar Muradovun “Tapsam ürəkdən sevəcəyəm… “TikTok” hesabı olmayan qız axtarıram” fikirləri cəmiyyətdə müzakirələrə səbəb olub. Müğənninin özünün də həmin sosial platformada şəxsi hesabının olması müzakirələri daha da qızışdırıb. Maraqlıdır, insanlar niyə sosial şəbəkələri əxlaq meyarı olaraq müəyyənləşdirirlər?

 

Psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a bildirib ki, nəinki, Vüqar bəy, bir çox gənclər arasında bu fikirlər formalaşıb:

 

“Həmin fikirlər insan gördüklərinə əsasən şübhəyə doğru istiqamətləndirir.  Şübhə elə bir mərəzdir ki, insanı daxilindən yeyir və o, düşüncəsində boğulur. Adətən, belə düşünən şəxslər gördükləri üzrə fikirləşirlər ki, sosial platformada olan gənclə ailə qurmaq düzgün deyil. Bunu həm qızlar, həm də oğlanlar səsləndirir. Elə düşüncə sahibləri var ki, sosial platforması olan insanlara artıq qeyri-ciddi baxırlar. Sosial şəbəkə üzərindən edilən canlı yayımlarda edilən söhbətlər, davranış tərzləri şəxsiyyət qüsurunu o qədər üzə çıxarır ki, bu baxımdan adam artıq bu insanları gördükdə beyində belə bir məqam formalaşır ki, sosial platforması, Tiktoku olan qız, oğlan da elə həmin davranış sahibidir və bu platformaya həmin məqsədlər üçün daxil olub”.

 

Psixoloq onu da qeyd edib ki, sosial şəbəkədən aktiv istifadə edənlər burada nümayiş etdirdiyi davranışlara son dərəcə diqqət yetirməlidirlər:

 

“Bütün bu sadalananlara görə, biz Vüqar bəyi qınamamalı, qərarına hörmətlə yanaşmalıyıq. Vüqar bəy də, bu platforma üzərindən göstərdiyi davranışlara, etdiyi söhbətlərə diqqət etməlidir ki, onun haqqında da gələcəkdə belə fikirlər formalaşmasın. Yəni, Vüqar Muradov qeyri-ciddi insanlar silsiləsindən olmasın. Təbliğatımız daha güclü olmalıdır. Həmin fikrin ortaya atılması çox sağlam bir rəqabətə girməkdir. Bəlkə artıq həm qızlar, həm də oğlanlar Tiktokdan istifadə edərkən, öz xasiyyət qüsurlarını yox, cəmiyyətə yararlı olacaq hər hansısa bir fikri təbii, autik olaraq yox, ağıllı düşüncə ilə cəmiyyətə ötürməyi bacarsınlar”.

 Aytac Şahin

Tacxeber.com

Oxşar xəbərlər