Uşağınız üçün çanta seçərkən nələrə diqqət etməlisiz?
Məktəb ləvazimatlarları içərisində ən önəmli olan məktəbli çantasıdır. Unutmayaq ki, çantanın doğru seçimi birbaşa sağlamlığa təsir edir
Tacxeber.com uşaqlara bel çantası seçərkən nələrə diqqət edilməli olduğu haqda maraqlı ipucları verir:
İdeal məktəb çantasında bir-birinə bərabər olan iki çiyin asqısı olmalıdır. Bu dizayn çantanın ağırlığını bədənə bərabər şəkildə paylayaraq çiyinlərə və kürək bölgəsinə təzyiqi azaldır. Tək asqılı çantalar yükü balanssız payladığına görə seçilməməlidir. Çiyin asqılarının qalın və yumşaq olması çantanın çiyinlərə zərər verməsinə mane olar.
Çantanın arxa qismi, çiyin asqıları, kəməri yumşaq və dəstəkləyici olmalıdır. Bu xüsusiyyətlər çantanın uşağın kürəyinə uyğun şəkildə oturmasını təmin edər və davamlı daşımada narahat hiss etməsini önləyər. Bel kəməri çantanın yerində qalmasına, ağırlığın bel xəttində bərabər şəkildə paylanmasına kömək edər.
Çantanın ölçüsü uşağın bədən quruluşuna uyğun olmalıdır. Çantanın genişliyi iki çiyin arası qədər olmalı və boyu bel xəttini keçməməlidir.
Çantanın ağırlıq mərkəzi bel xəttində olmalı, beləcə çantanın daşınması daha komfortlu olar. Çantanın cəmi ağırlığı uşağın bədən ağırlığının 10 faizini keçməməlidir. Məsələn, 10 yaşlı bir uşaq üçün çanta ağırlığı 3 kilonu keçməməlidir.
Çantanın içindəki bölmələr ağırlığı bərabər şəkildə paylamaq üçün istifadə edilməlidir. Daha ağır əşyalar çantanın kürək və bel qisiminə yaxın bölmələrə yerləşdirilməlidir. Bu, çantanın balanslı bir şəkildə daşınmasını təmin edər və uşağın daha rahat hərəkət etməsini dəstəkləyər.