• 24 Noyabr 2024 04:42

“Asim Mollazadəyə “Heç vaxt Əli Kərimlini təhqir etməmisən, mən etmişəm, ona görə də deputatlığa layiqəm” deməmişəm”

“Asim Mollazadəyə demişəm ki, AXCP sədri Əli Kərimli haqqında indiyə kimi bir dəfə də olsun fikir bildirməmisiniz. “Əli Kərimlini mən söymüşəm, siz söyməmisiniz” sözünü işlətməmişəm. Əli Kərimli Asim Mollazadə üzərindən lobbiçilik fəaliyyəti yürüdür və maliyyə dəstəyi əldə edir. Asim Mollazadə indiyə kimi bu haqda heç nə danışmayıb, Əli Kərimli barədə də heç nə deməyib. Bu isə xəbər verir ki, onların gizli əlaqələri yüksək səviyyədə davam edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Turan Partiyasının sədri, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Bayoğlu deyib.

 

“Demişəm ki, Azərbaycanda Amerika səfirliyi üzərindən təşkilatlanmış adamlardır, bir-biriləri ilə sıx münasibətləri, bu gün də Amerikada ortaq şirkətləri var. Bu münasibətlərin gələcəkdə Azərbaycan dövləti üçün təhlükəsizlik problemi hesab edirəm. Azərbaycan dövlət qurumları onların qaranlıq münasibətlərini açsın, xalqa məlumat versin. Mənim çıxışım niyə “piar” olsun ki? Dediyim sözlərin arxasında dururam. Azərbaycanın dövlət qurumlarını məsələni aydınlaşdırmağa dəvət edirəm. Seçkilərdə iştirak etməkdə niyyətim Asim Mollazadəyə qarşı mübarizə aparmaq deyil. Asim Mollazadənin qaranlıq əlaqələri, Amerika və xarici qüvvələr üzərindən qurulmuş qruplaşma hər yerdə qarşıma çıxır. Xüsusilə, dövlət qurumlarına bağlı dairələrdə. Qaynaqları bildiyimə görə məsələni ictimailəşdirirəm ki, təhlükəli qruplaşmanın fəaliyyəti aydınlaşdırılsın, xalq yanlışlığa yol verməsin, kimin kim olduğunu bilsin. Bu gün Asim Mollazadə barədə dediklərimdən daha çox Əli Kərimlinin tərəfdarları narahat olur, mənə qarşı kampaniya aparırlar. Çünki Əli Kərimli bilir ki, bu qaranlıq məqam açılsa, onun siyasi həyatına son qoyulacaq. Burada hədəf Asim Mollazadə deyil. Hədəf qaranlıq siyasi fəaliyyətlə məşğul olan Əli Kərimlidir”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər