Tramp Kamilla Harrislə debata razı oldu
ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp sentyabrın 10-da rəqibi Demokratlar Partiyasının namizədi və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə canlı yayımda debata razılıq verib.
Tacxeber.com xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasındakı hesabında yazıb.
“Yoldaş Kamala Harrislə debat üçün Radikal Sol Demokratlarla razılığa gəldim”, – Tramp yazıb.
O, debatın sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərindən ABC telekanalında canlı yayımlanacağını bildirib.