ABŞ qadağanı götürsə, Ukrayna yüzlərlə Rusiya hərbi obyektini məhv edə bilər -“ISW”-XƏRİTƏ Ekskluziv
“Zərbələrə qoyulan məhdudiyyətlər Rusiya qoşunlarına Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün ölkənin dərinliklərindəki sığınacaqlardan istifadə etməyə imkan verir…”
Rusiyanın yüzlərlə hərbi obyekti Amerikanın uzaqmənzilli “ATACMS” raketlərinin əhatə dairəsində qalır. ABŞ Rusiya ərazisinə hücum etmək üçün bu raketlərdən istifadəyə icazə verərsə, Ukrayna onları vura bilər.
Tacxeber.com “UNİAN”-a istinadla xəbər verir ki, bu haqda ABŞ-nin Müharibə Tədqiqat İnstitutu (“ISW”) bildirir.
Araşdırmaya görə, Rusiya hərbi təyyarələri Qərb tərəfindən təmin edilən “Storm Shadow” (“Fırtına Kölgəsi”) və “ATACMS” raketlərinin əhatə dairəsindən kənara çıxarsa da, Rusiyanın xeyli sayda hərbi obyekti Qərb silahlarının əhatə dairəsində qalır.
Zərbələrə qoyulan məhdudiyyətlər Rusiya qoşunlarına Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün ölkənin dərinliklərindəki sığınacaqlardan istifadə etməyə imkan verir.
Çoxsaylı Qərb mətbuatı xəbərləri göstərir ki, ABŞ hökuməti Britaniyaya Ukraynaya Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyi qadağan edir.