• 20 Sentyabr 2024 04:05

Pavel Durov valideynlik hüququndan məhrum edildi

 

Bir neçə gün əvvəl Parisin Le Burje hava limanında saxlanılan, ötən gün zad edilən teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov valideynlik hüququndan məhrum edilib. 

 

Tacxeber.com xəbər verir ki, bu haqda özünü Pavel Durovun iki oğlu və bir qızının anası adlandıran İrina Bolqar sosial şəbəkədə məlumat yayıb. Qadın bildirib ki, iş adamı onun Avropada övladları ilə birlikdə yaşadığı maliyyə resurslarına çıxışını əngəllədikdən, həmçinin şəxsi əlaqə imkanlarına mane olduqdan sonra o, İsveçrədə daha sonra yaşamaq məsələsini müstəqil həll etmək məcburiyyətində qalıb.

 

“Beləliklə, o, mənə ilk növbədə uşaqların inzibati sənədlərini təcili olaraq təkbaşına yeniləyə bilmək üçün Cenevrədəki Uşaqların və Böyüklərin Müdafiəsi Tribunalına müraciət etməkdən başqa seçim qoymadı. Uşaqların və Böyüklərin Müdafiəsi Tribunal Cenevrə qəyyumluq orqanları tərəfindən aparılan araşdırmaya başladı və nəticədə Durovu üç övladımızla bağlı valideynlik hüquqlarından məhrum etmək qərarına gəldi. Qəyyumluq orqanları dəfələrlə mənim təqdim etdiyim, əvvəllər və gələcəkdə onunla əlaqə saxladığım bütün əlaqələrdən istifadə edərək Durovla əlaqə saxlamağa çalışdılar. Amma cavab vermədi” deyə, İrina Bolqar əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər