• 20 Sentyabr 2024 03:55

Qənirə Paşayevanın yerinə namizəd olan 6 nəfər: kim seçiləcək? 

 

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçki əvvəlkilərdən tamamilə fərqlənir. Belə ki, budəfəki parlament seçkiləri respublikamızın Qarabağ da daxil olmaqla bütün ərazilərini əhatə edəcək. 

 

1 sentyabr seçkisində 106 saylı Tovuz seçki dairəsindən kimin deputat seçiləcəyi xüsusi maraq doğurur. Bu da səbəbsiz deyil. Çünki həmin dairəni indiyədək parlamentdə ən aktiv deputatlardan olmuş mərhum Qənirə Paşayeva təmsil edib. Yeni deputat Qənirə Paşayevabı əvəz edə biləcəkmi?..

 

Qənirə Paşayeva  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədri olub.

 

Sentyabrın 1-də keçiriləcək seçkilərdə 106 saylı Tovuz seçki dairəsindən 6 nəfər namizəd yarışacaq.

 

Burada hakim Yeni Azərbaycan Partiyasının namizədi VI çağırış Milli Məclisin deputatı Nizami Səfərovdur.

 

Digər namizədlər isə aşağıdakılardır:

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

 

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib, 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Qənirə xanım jurnalist fəaliyyəti ilə də məşğul olub.

 

Mərhum deputat bir sıra mükafatlara layiq görülüb.

Aldığı mükafatlar aşağıdakılardır:

Gürcüstanın fəxri vətəndaşı.

“Şərəf” ordeni (Gürcüstan)

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı

“Aşıq Ələsgər – 200” yubiley medalı (29 dekabr 2021).

“Tatarıstan 1920–2020” yubiley medalı. (Modern.az)

Tacxeber.com

Oxşar xəbərlər