• 20 Sentyabr 2024 02:07

“Adam bunlara baxıb ət tökür, 25 il deputat olmaq olar?”

 

“Müğənni niyə deputat ola bilməz? Niyə buna pis baxırlar? Volodimir Zelenski də artist idi, Ukraynanın prezidenti oldu. Zeynəb xanım Xanlarova da, Şəfiqə Məmmədova da, Amaliya Pənahova da deputat olub”. 

 

Bunu Bakupost.az-a açıqlamasında müğənni Əli Mirəliyev sənət adamlarının deputatlığa namizəd olmasının tənqid edilməsinə münasibət bildirərkən deyib.

 

Müğənni qeyd edib ki, əslində o özü də bu dəfəki seçkilərdə namizədliyini vermək istəyib:

 

“Yaşım çox olduğu üçün namizədliyimi vermədim. Amma niyə də yox? Biz xalq musiqisini dəyərləndirir, ona önəm veririksə, niyə sənət adamlarından kimsə deputat olmasın? Bizdə kimlərsə deputat olur, sonra övladının namizədliyini irəli sürür. Deputatlıq bəyəm obyektdir ki, atadan övlada miras qalsın? Belə bazar açmaq lazım deyil. Bizim o qədər istedadlı, işləmək potensialı olan gənclərimiz var, niyə onlar kənarda qalmalıdır? Ancaq hər il eyni adamlar deputat olur. Adam bunlara baxanda əti tökülür. 20-25 il deputat olmaq olar? Bunların deputatlığını gördük də… Xalq üçün nə etdilər ki?! Akif İslamzadə də, mən də, Firuzə İbadova da, Nisə Qasımova da deputat ola bilərik”.

Tacxeber.com

Oxşar xəbərlər