“Biz yetim kimi geyinməliyik?” – Deputat hiddətləndi
“Qurban Qurbanov Azərbaycan xalqına bütün sevincləri yaşadıb. Onu hədəfə almaq düzgün deyil”.
Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı olmuş Aqil Abbas deyib.
O bildirib ki, Qarabağ Avropa Liqasına düşüb, və orada öz məharətini göstərəcək.
“İndi Azərbaycanda hər kəs futbol professoru çıxıb. Hər kəs Qurban Qurbanova məsləhət verir. Məsləhətinizi özünüzə saxlayın, ya da gedin özünüzə bir don tikdirin. Qurban Qurbanov nəyi nə vaxt etməyi gözəl bilir. Bu futboldur. Qarabağ Xorvatiya kimi dünyanın futbol ölkəsi ilə oynayırdı. Futbolda uda da, uduza da bilərsən. Elə bir komanda yoxdur ki, haçansa uduzmasın. Həmişə qalib mümkün deyil. Qarabağa da, Qurban Qurbanova da inanıram. “Qarabağ”ın atları öz qabiliyyətini göstərəcək və rəqibi tapdalayacaq.