• 24 Noyabr 2024 05:00

“Elm və Təhsil Nazirliyi yaxasını kənara çəkməməlidir”

 

“Satışda sintetik materialdan məktəbli geyimlərinin olması cəmiyyəti həqiqətən düşündürən və narahat edən məsələlərdən biridir. Əslində formaların kefiyyətli təşkili çox sadə məsələdir, lakin qəsdən mürəkkəbləşdirilir və gündəmə gətirilir”. 

 

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı olmuş Fazil Mustafa deyib.

 

Siyasətçi bildirib ki, bu kiminsə pul qazanmasına və azərbaycanlıların uşaqlarının xəstəlik tapmasına yönəlmiş bir xətdir. Bu xətti müvafiq qurumlarımız tapmalıdır:

 

“Azərbaycan məktəblisinin gələcəyini, səhhətini məhv edərək pul qazanmaq istəyirlər? Buna baxılmalı və kefiyyətə hansısa qurum tərəfindən zəmanət verilməlidir.

 

Sintetik malla hansı kefiyyətdən danışaq olar? Bu məsələ ətrafında ciddi düşünülməlidir.

 

Elm və Təhsil Nazirliyi yaxasını kənara çəkib qıraqdan müşahidəçi kimi baxmamalıdır. Yüzlərlə mexanizm və qurğu yaradılıb, ancaq heç biri məktəbin inkişafına müəyyən dərəcədə təsir göstərə bilmir.

 

Məktəbli paltarlarının kefiyyət və qiymət məsələsinə baxılmalıdır. Elə valideyn var ki, buna imkanı yoxdur. Müvafiq qurum uşaqların məktəbli geyimləri ilə təmin olunmasına köməklik göstərməlidir. Yüzlərlə fond var. Oradan pul ayırıb uşaqların geyim almasına köməklik göstərsinlər”.

 

F.Mustafanın sözlərinə görə, sintetik paltarlar uşaqların əqli və cinsi inkişafına müəyyən dərəcədə təsir göstərir:

 

“Buna strateji məsələ kimi baxıram. Millətin, uşaqların gələcəyinə təhlükədir”.

Tacxeber.com

Oxşar xəbərlər