• 19 Sentyabr 2024 20:00

“Qarabağ” və rəqiblərinin büdcəsi nə qədərdir ?

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” və rəqiblərinin heyətinin ümumi dəyəri bəlli olub.

 

Tacxeber.com  Oxu.az-a istinadən xəbər verir ki, Avropa Liqasının liqa mərhələsində mübarizə aparan və heyətinin dəyəri 770 milyon avro olan “Tottenhem” klubu siyahıya başçılıq edir.

İkinci sırada isə 256 milyon avro ilə “Lion” klubu qərarlaşıb. Heyətinin dəyəri 241 milyon avro olan “Ayaks” isə üçüncüdür.

 

2023/24 mövsümündə UEFA Konfrans Liqasının çempionu olan “Olimpiakos”un heyətinin dəyəri 89 milyon avrodur. “Bodo-Qlimt” 37 milyon avro, FCSB isə 35 milyon avroluq heyətə sahibidir.

“Malmö”nün heyətinin dəyəri isə 33 milyon avrodur. Təmsilçimiz “Qarabağ”ın heyətinin dəyəri 18 milyon avrodur.

 

Siyahıda sonuncu pillədə yerləşən “Elfsborq” klubunun heyətinin ümumi dəyəri isə 17 milyon avrodur.

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.

Tacxeber.com

Oxşar xəbərlər