Roma papası Qərbdən Vahid Ələkbərovun xahişini edir
Roma Papası Fransiskin haqqında çoxlu fərziyyələr səslənən, lakin mətnini hələ heç kimin görmədiyi “sülh planı” nəhayət ki, ictimaiyyətə “sızıb”.
Diaspora.TV xəbər verir ki, Qərb mediasının yazdığına görə, həmin planda Ukrayna-Rusiya müharibəsindən tutmuş ABŞ-ın sanksiyalarına qədər tədbirlər nəzrdə tutulur.
Bizim diqqətimizi çəkən isə xaricdəki azərbaycanlı oliqarxların qohumları və övladları barədə olan hissədir.
Vatikanın sahibi tərəfindən Qərb ölkələrinə Ukrayna ərazisindəki münaqişədə birbaşa iştirak etməyən Rusiya oliqarxlarının qohumlarına qarşı sanksiyaların ləğv etməsi təklif olunur.