• 19 Sentyabr 2024 20:03

Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxdı 

 

Rusiyanın Kamçatka diyarında göyərtəsində 3 ekipaj üzvü olan “Mi-8” helikopteri yoxa çıxıb. 

 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

 

“Mi-8” helikopteri Vaçkajets vulkanı – Nikolaevka kəndi marşrutu ilə hərəkət edib və təyin olunmuş vaxtda təyinat yerinə enməyib, ekipaj ilə əlaqə qurmaq mümkün deyil.

Tacxeber.com

Oxşar xəbərlər