Xalq artisti gül satan qocaya 200 manat verdi – VİDEO
Xalq artisti Bilal Əliyev yenidən gündəmə gəlib.
Tacxeber.com xəbər verir ki, sənətkarın yaşlı gül satan kişi ilə dialoqu marağa səbəb. Bir neçə ay öncə məkanların birində qeydə alınan görüntü sosial şəbəkələrdə yayılıb. Müğənninin yaşlı satıcıya 200 manat verməsi müzakirələrə səbəb olub.
Maraqlıdır ki, xanəndənin yaxşılıq etmək istəməsi başına bəla olub. Belə ki, onu tanıdığını iddia edən sosial şəbəkə istifadəçiləri və qonşusu olduğunu deyənlər bu addımına inanmayaraq, müğənnini xəsis adlandırıblar. Onlar “bazarda meyvəni sayla alır”, “Aptekdə 50 qəpiyə görə dava edir kimi” şərhlər yazıblar.