104 yaşlı seçici səs verdi
Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran – Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.