İran prezidentinin helikopterinin partlamasının əsil səbəbi bəlli oldu – Rəsmi
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İranın keçmiş prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəblərini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahın yaydığı yekun hesabatda İranın keçmiş prezidenti İbrahim Rəisinin helokopterinin çətin hava şəraitinə görə qəzaya uğradığı bildirilir.
Hesabatda qeyd olunur ki, yaz aylarında bu bölgədə tez-tez sıx duman kütləsi əmələ gəlir. İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələri onu da vurğulayıblar ki, prezidentin helokopteri yuksəkliyə qalxarkən dumanlı hava şəraiti nəticəsində dağa çırpılıb. Mütəxəssislər faciənin mərmi və ya hər hansısa idarə olunan elektron avadanlığının zərbəsi ilə bağlı versiyalarını istisna ediblər.