• 20 Sentyabr 2024 02:06

ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ

 

ABŞ-ın Oreqon ştatının Fervyu şəhərində “Cessna 421C” təyyarəsi yaşayış evlərinin üzərinə düşüb. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Katu-TV kanalı məlumat yayıb.

 

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.

 

Hadisə avqustun 31-də baş verib. Təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.

 

ABŞ Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.

Tacxeber.com

Oxşar xəbərlər