• 24 Noyabr 2024 07:51

Kamala Harris özünün ilk seçkiöncəki müsahibəsində Ukraynanı “unudub”

Kamala Harris özünün ilk seçkiöncəki müsahibəsində Ukraynanı

“Harrisin Rusiya-Ukrayna qarşıdurması ilə bağlı anlayışı çox səthidir…”

 

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində ilk böyük müsahibə verib, bu zaman Ukraynanın adını bir dəfə də olsun çəkməyib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

 

Harrislə bərabər suallara vitse-prezidentliyə namizəd Tim Uolz da cavab verib.

 

Jurnalistlə müsahibədə Harrisin qələbə qazanacağı təqdirdə prezident postunda planları, habelə seçkiöncəki kampaniyanın özünün gedişi ilə bağlı çoxsaylı mövzulara toxunulub. Əsas mövzular, əlbəttə ki, ABŞ-da daxili iqtisadi və sosial problemlərə aid olub. Lakin xarici siyasətə, o cümlədən İsrailin HƏMAS-a qarşı müharibəyə də toxunulub.

 

“Mənim İsrailin müdafiəsi və onun özünü müdafiə etmək qabiliyyətinə münasibətim birmənalı və sarsılmazdır. Bu, dəyişməz qalacaq. İsrailin özünü müdafiə etmək hüququ olub və var. Lakin bunu necə etməsinin əhəmiyyəti var. Fələstinlilər arasında həddən artıq günahsız qurbanlar olub. Biz sülh sazişi imzalamalıyıq. Bu müharibəyə son qoymaq lazımdır”, – Harris İsrailə hərbi yardımın azaldılmasının zəruri olub-olmaması ilə bağlı suala cavabında deyib.

 

Bu, ABŞ-ın xarici siyasətilə bağlı onun dedikləridir. Nə Ukrayna, nə Rusiya, nə İran, nə Çin, nə də NATO müsahibədə xatırlanmayıb. Lakin qeyd etmək lazımdır ki, Harris və Uolzdan müsahibə alan CNN müxbiri demək olar ki, diqqəti tamamilə ABŞ-ın daxili siyasətinə yönəldib və İsrail istisna olmaqla xarici siyasət mövzularına toxunmayıb.

 

Kamala Harrisin Ukraynaya münasibəti

 

Xəbər verildiyi kimi, Kamala Harrisin, ehtimal ki, Ukrayna ətrafında vəziyyətdən heç anlayışı yoxdur. Amerikalı analitiklər hesab edir ki, onun Rusiya-Ukrayna qarşıdurması ilə bağlı anlayışı çox səthidir. Ehtimal ki, bunun səbəbi onun vitse-prezident postunda əsasən Amerikanın daxili problemləri ilə məşğul olmasıdır, xarici siyasətə baş vurmaq üçün, sadəcə, səbəb olmayıb.

 

Lakin Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanan ərəfədə Harris şəxsən Zelenski ilə mübahisə etməsi daha pis ola bilər. O zaman Kiyev hərbi müdaxilənin qarşısının alınması üçün Rusiyaya qarşı preventiv sanksiyalar tətbiq etməyə çağırış edib. Harris isə deyib ki, törədilməyən bir şeyə görə ölkəni sanksiyalarla cəzalandırmaq olmaz.

 

Bununla yanaşı, Harris bir neçə dəfə Ukrayna barəsində açıq bəyanatlar verərək Co Bayden administrasiyasının apardığı siyasətə ümumən dəstək göstərməyi davam edəcəyini bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər