Paşinyan Putinə arxa çevirdi: Əliyevlə təkbətək görüşmək istəyirəm!
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb.
Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqda qeyd edib.
“Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib.