• 23 Noyabr 2024 14:30

Baqrat tarix verdi – “Paşinyanı aradan götürəcəyik”

Revanşist “Vətən naminə Tavuş” Hərəkatının başçısı, keşiş Baqrat Qalstanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışıb.

 

Keşiş belə bir planlarının olduğunu iddia edib.

 

Qalstanyandan sentyabr ayı ərzində Nikol Paşinyan hökumətinin iqtidardan uzaqlaşdırılmasının mümkün olub-olmadığı sualına belə cavab verib:

“Bu, bizim istəyimiz və arzumuzdur. Söhbət təkcə istək yox, həm də “mümkündür, mümkün deyil” – zərurət məsələsidir. Bəli, belə bir plan var, arzumuz və bütün sərmayəmiz ona yönəlib. Təkcə hakimiyyəti aradan götürmək üçün yox, bəli, hakimiyyətdən uzaqlaşdırılmalıdır, bu, həm də bütün həyatımızı dəyişdirmək meylinə malikdir”.

 

Revanşistlərin yaxın günlər və ya həftələrdə Paşinyan hökuməti əleyhinə kütləvi etiraz askiyalarına başlayacaqları gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər