• 24 Noyabr 2024 07:54

Qərbin yeni “sifarişi” – Azərbaycan və Türkiyə ilə bağlı GİZLİ PLAN

 

Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirmişdi ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

 

O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir. Müzakirələr çərçivəsində rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin fəaliyyəti və s. kimi mövzuların olduğu da istisna deyil. Rusiyanın son addımları tərəflər arasında sülhün əldə edilməsi, münasibətlərin normallaşmasında vasitəçiliyi ələ almaq istəyindən xəbər verir.

 

Rusiya sülh masasına moderatorluq edə biləcəkmi?

 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, 44 günlük Vətən müharibəsindən sonra 10 noyabrda imzalanan üçtərəfli sazişin təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putin idi:

 

“Bu sazişlə atəşkəs yarandı və üç dövlətin imzası ilə müəyyən öhdəliklər götürüldü. Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəliyi xoşluqla yerinə yetirmədi. Azərbaycan zaman-zaman məcburi addımlar atmaqla bəzi öhdəliklərin icrasına çalışdı. Buna baxmayaraq, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması, danışıqların aparılması istiqamətində təşəbbüs göstərir. Bunun nəticəsində nəqliyyat, infrastrukturun açılması, sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün işçi qrupu yaradıldı.

Azad Məsiyev

Lakin Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri sabotaj edir, ləngidir. Çünki onu hakimiyyətə gətirən Qərb Paşinyan qarşısında müəyyən tələblər qoyub. Həmin tələblərə Rusiyanın Ermənistanda nüfuzunun zəiflədilməsi, Kremldən gələn təşəbbüsləri, təklifləri dayandırmaq və s. aiddir. Elə ona görə də Rusiyanın tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün təklif etdiyi Moskva variantı Ermənistan tərəfindən müsbət qarşılanmadı”.

 

Politoloqun sözlərinə görə, Rusiya bu kimi addımlara baxmayaraq Cənubi Qafqazda və Ermənistanda təsir rıçaqlarını qoruyub saxlayır:

 

“Rəsmi Moskva hələlik əlində olan siyasi, iqtisadi və hərbi rıçaqlardan istifadə etmir. Ermənistanda bütün strukturlar sorosçuların nəzarətindədir. Rusiyadan hər hansı təzyiq addımı atılarsa, bu zaman həmin vasitədən Moskva əleyhinə istifadə edəcəklər. Rusiyanın Cənubi Qafqazda strateji maraqları var. Belə ki, o öz iqtisadi, siyasi maraqlarını həyata keçirmək üçün regionda sülhün əldə olunmasını istəyir. Zəngəzur dəhlizinin açılması ilə Kreml Azərbaycan üzərindən Türkiyə ilə quru əlaqəsini bərpa etmiş olacaq. Bunun qarşısını almaq istəyən Qərb Paşinyan vasitəsilə Cənubi Qafqazda pozuculuq fəaliyyəti həyata keçirir. Ermənistanın silahlanması, son günlər şərti sərhədlərimizdə atəşkəsin pozulması da buna misaldır”.

Tacxeber.com

Oxşar xəbərlər