• 20 Sentyabr 2024 04:00

Yeni parlamentin ilk iclasına Ziyad Səmədzadə SƏDRLİK EDƏCƏK?

Yeni parlamentin ilk iclasına Ziyad Səmədzadə SƏDRLİK EDƏCƏK?

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası 125 dairə üzrə 5895 məntəqənin nəticələrinin, yəni məntəqələrin 91 faizinin məlumatlarının artıq Mərkəzi Seçki Komissiyasına daxil olduğunu bildirib. Beləliklə də bütün seçki dairələrində namizədlər arasında liderlər bəlli olub.

 

Lider namizədlər arasında xeyli sayda sürpriz adlar və digər maraqlı şəxslər var. Məsələn, liderlər arasında ən yaşlı namizəd Ziyad Səmədzadədir. İlkin nəticələrə əsasən, 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki seçicilərin 52 faizinin etimadını qazanan Ziyad Səmədzadənin 84 yaşı var.

 

Bu da o deməkdir ki, əgər o öz liderliyini saxlaya bilsə, o zaman yeni parlamentin ilk iclasına o sədrlik edəcək. Çünki mövcud qanunvericiliyə görə yeni formalaşan parlamentin ilk iclasına ən yaşlı deputat sədrlik edir. Məhz onun rəhbərliyi altında ilk iclasda Milli Məclisin rəhbər heyəti – spiker, birinci vitse-spiker, vitse-spikerlər və komitə sədrləri seçilir.

 

Ancaq o günə hələ xeyli var. Çünki seçkilərdən 2 gün sonra MSK ən son nəticələri rəsmən elan edəcək. Bundan sonra isə MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi nəticələri təsdiq edəndən sonra Milli Məclisin ilk iclasının tarixi bəlli olacaq.

 

Xatırladaq ki, VI çağırış Milli Məclisin ilk iclasına da Ziyad Səmədzadə sədrlik etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər