Rusiya yeni savaşa girəcək, ölkə dağılacaq – Rus filosof
2025-ci ildə 3-cü Dünya müharibəsi başlayacaq və iki mərhələdən ibarət olacaq.
Bunu tanınmış rusiyalı filosof, parapsixologiya və metafizika sahəsi üzrə ekspert Andrey Kosmaç deyib.
Onun sözlərinə görə, mütərəqqi bəşəriyyət Yaxın Şərqdə şərin kökü olan İranla müharibəyə başlayacaq.
Kosmaç 2027-ci ildə Çin və Tayvan arasında müharibə ehtimalının olduğunu, Pekinin bu müharibədə öz proksisinin – Şimali Koreyanın potensialından istifadə edəcəyini bildirib.
Filosofun fikrincə, İsrail və Ukrayna müharibədə qalib gələcək:
“Rusiyanı isə çətin və qaranlıq günlər gözləyir. Ölkədə milli zəmində xaos və vətəndaş müharibəsi olacaq və ərazisi bölünməyə başlayacaq. Bu proseslər 2025-ci ilin təxminən yay və payız aylarında başlayacaq”.