• 23 Noyabr 2024 03:13

SON DƏQİQƏ: Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib 

 

Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltavaya ballistik raketlə zərbə endirib. 

 

Tacxeber.com-ın məlumatına görə, hücum bu gün səhər saatlarında baş verib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski zərbə nəticəsində 41 nəfər öldüyünü, 180-dən çox insanın yaralandığını bildirib. Onun sözlərinə görə, şəhər ballistik raketlərlə atəşə tutulub və bu raketlər təhsil müəssisəsinə və yaxınlıqdakı xəstəxanaya düşüb.

 

“Rabitə İnstitutunun binalarından biri qismən dağılıb. İnsanlar dağıntılar altında qalıb. Çoxları xilas edilib. 180-dən çox insan yaralanıb. Təəssüf ki, çoxları həyatını itirib. İndiyədək 41 ölüm məlumdur”, – elenski qeyd edib.

 

Onun sözlərinə görə, xilasetmə əməliyyatına bütün xidmətlər cəlb olunub.

 

Yerli mətbuat yazır ki, hücumdan əvvəl hava xəbərdarlığı edilib, lakin həyəcan siqnalı ilə zəebə arasındakı interval o qədər qısa olub ki, insanları bomba sığınacağına qaça bilməyib. Zərbə dalğası nəticəsində hündürmərtəbəli binaların şüşələri sıradan çıxıb, fasadları zədələnib.

Tacxeber.com

Oxşar xəbərlər