Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü
Masallı rayonundan Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşərək xəsarət alıb.
Tacxeber.com Bakuplus.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib.
Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb:
“Bakıya gəzməyə gəlmişdim, dedim mərkəzə çıxım. Dostumla gedərkən, birdə sanki yer yarılıb, altına düşdüm. Mənim yerimdə qadın uşaq və ya qoca ola bilərdi. Qolum, ayağım, bel və qarın hissəm sıyrılıb”.