• 17 Sentyabr 2024 00:07

“Rusiya ərazisinə soxulan quldurlarla məşğul olmaq lazımdır” – Putin

“Ukrayna ordusu Kursk vilayətində iflasa uğradıqdan sonra Rusiyanın düşmənlərində sülh danışıqlarına getmək istəyi yaranacaq…”

Ukrayna Silahlı Qüvvələrindən olan quldurların Kursk vilayətinə hücumu Rusiyanın Donbasda hücumunu dayandıra bilməyib.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məktəblilərlə görüşündə bəyan edib. Məlumatı Fransanın “Le Figaro” nəşri yayıb.

Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi bəyan edib ki, Kursk vilayətinə soxulan ukraynalı əsgərlərlə “məşğul olmaq lazımdır”. O, həmçinin qeyd edib ki, bu əməliyyat Rusiyanın Ukraynanın şərqində hücumunu dayandıra bilməyib.

Владимир Путин

“Amma əlbəttə ki, həm Rusiya Federasiyasının ərazisinə, Kursk vilayətinə soxulan bu quldurlarla, həm də bütövlükdə sərhədyanıda sabitliyi pozmaq cəhdləri ilə məşğul olmaq lazımdır”, – Rusiya prezidenti bəyan edib.

 

Putin iddia edib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, lakin Rusiya ordusu Kursk vilayətinə soxulan quldurlarla məşğul olmalıdır. Quldurlar deyəndə Putin ukraynalı hərbçiləri nəzərdə tutub.

 

Putin Ukrayna ordusu Kursk vilayətində iflasa uğradıqdan sonra Kiyevin danışıqlara gedəcəyinə ümid etdiyini ifadə edib.

 

Onun fikrincə, Rusiyanın düşmənlərində həqiqətən sözdə deyil, əməldə sülh danışıqlarına getmək və bu məsələləri dinc vasitələrlə həll etmək istəyi yaranacaq”. “Biz bundan heç vaxt imtina etməmişik”, – prezident qeyd edib.

 

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donbasda “başlıca sahələrdə” hücumunu dayandırmaq üçün Kursk vilayətinə hücum edib, lakin rusiyalı hərbçilər əraziləri “kvadrat kilometrlərlə” nəzarətə götürür.

Tacxeber.com

Oxşar xəbərlər