Ruslar Lvovu və Krivoy Roqu bombardman etdi: çoxsaylı yaralı və… – VİDEO
Rusiya ordusu sentyabrın 4-ü səhər saatlarında Ukraynaya növbəti raket və PUA hücumu həyata keçirib.
Tacxeber.com xəbər verir ki, əsas hədəf Ukraynanın Lvov və Krivoy Roq şəhəri olub.
Hücum nəticəsində əsasən dəmiryol stansiyanın ərazisində yaşayış binaları yanıb. Aralarında bir neçə uşaq olmaqla xeyli sayda ölən olub. Ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə ölənlərin sayı 10-a çatır. 25 nəfərin isə yaralandığı bildirilir. Onların bir çoxunun vəziyyəti ağırdır.
Hücum nəticəsində bir sıra istiqamətə qatarların yola salınmasında gecikmə yaranıb.