Zelenskiyə şok: Kuleba istefa verdi
Ukrayna xarici işlər naziri Dmitri Kulebanın istefa vermək qərarına gəlib və o bununla bağlı Ali Radaya müraciət edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.
“Parlament ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı bəyanat alıb. Müraciətə qarşıdakı plenar iclaslardan birində baxılacaq”, – spiker “Facebook”da yazıb.
Dmitri Kuleba 4 mart 2020-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edib. “Ukrayinska pravda” mənbələrinin məlumatına görə, yeni xarici işlər naziri onun birinci müavini, aprel ayından departamentdə çalışan Andrey Sibiqa ola bilər.