Ədliyyə Nazirliyindən Aydın Əliyevin gəlininin iddialarına cavab
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7200 manat gətirməyini tələb edib.
“Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan müraciətimizə belə cavab verilib: “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.