Fazil Mustafa onun ömürlük həbsini tələb edir
Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa onu güllələyən şəxsə verilmiş cəzadan narazıdır.
Qafqazinfo xəbər verir ki, Fazil Mustafa 20 il azadlıqdan məhrum edilmiş Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bir neçə gün əvvəl hökmdən iş üzrə təqsirləndirilən şəxslər də şikayət veriblər.
Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.