Şəxsi ünsiyyətin olmaması təhlükəlidir – Psixoterapevtdən xəbərdarlıq
Hər ötən gün ünsiyyət azalır…
“Şəxsi ünsiyyətin olmaması təcrid, tənhalıq və depressiya hisslərinə səbəb ola bilər. Şəxsi ünsiyyət psixi sağlamlığı dəstəkləmək üçün vacibdir”.
Tacxeber.com bildirir ki, bu fikirləri psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina RİAMO-ya müsahibəsində deyib.
Mütəxəssis qeyd edib ki, şəxsi ünsiyyətin olmaması insanlar üçün bir sıra mənfi sağlamlıq problemlərinə səbəb ola bilər. Birinci və ən bariz nümunəsi təcrid, tənhalıq və depressiya hisslərinin yaranmasıdır.
O əlavə edib ki, ünsiyyət və emosiyaları ifadə etmək imkanları məhdud olanda orqanizm stress keçirir, uzun müddət ərzində insanın emosional rifahı və psixoloji vəziyyəti pisləşir.